Blog
TEC-in 2016-2017 tədris ili üçün Təqdimat mərasimi baş tutdu
- 02/10/2016
- Posted by: Nurlan Mammadli
- Category: Xəbərlər

30 sentyabr 2016-cı il tarixində BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) 2016-2017-ci tədris ili ilə bağlı Təqdimatı keçirildi. Təqdimatda məqsəd TEC-in yeni başlayan tədris ili ərzində planlaşdırılan layihələrini təqdim etmək və ötən ilki uğurlar haqda ümumi məlumat vermək idi.
İclası TEC-in sədri, 4-cü kurs tələbəsi Günel Abdullayeva TEC-in fəaliyyət məqsədlərindən, tələbələrin TEC sayəsində qazana biləcəyi keyfiyyətlərdən danışaraq açdı və sözü 3-cü kurs tələbəsi, sədr müavini, Hüquq Jurnalının Baş redaktoru və Topçubaşov Məhkəmə Müsabiqəsinin Baş Koordinatoru Kənan Mədətliyə verdi.
Kənan Mədətli həyata keçirilən layihələr haqda ümumi danışdıqdan sonra Hüquq Jurnalının dünya təcrübəsində yeri, hüquq məktəblərinin təcrübəsindən nə şəkildə istifadə olunması, məqalələrin qəbul olunması prosesi, Jurnalın dünyanın ən böyük online hüquqi araşdırma məlumat bazası olan HeinOnline və Expresso’ya daxil edilməsi, həmçinin Scholastica’ya üzvlüyü barədə məlumat verib. Ardınca 3-cü kurs tələbəsi, Hüquq Jurnalının İcraçı redaktoru Gülnaz Salmanova çıxışına başlayıb.
Gülnaz Salmanova Topçubaşov Məhkəmə Müsabiqəsinin həyata keçirilməsində dünya təcrübəsindən istifadə, TMC-nin mərhələləri, qaydalar haqqında ümumi danışdıqdan sonra müsabiqənin tələbələrin inkişafı üçün əsas rolu haqqında öz təcrübələrini bölüşüb. Növbəti çıxış Orxan Abdulkərimlinin olub.
Orxan Abdulkərimli LL.B’ 15 TEC-in fəaliyyətinin hüquq tələbələrinin əsl hüquqşünas kimi formalaşmasındakı rolundan, qərb, xüsusilə ABŞ hüquq təhsilinin layihələrdəki yerindən, eləcə də əsas hüquqi bilik və bacarıqlara necə yiyələnmək haqda təcrübələrindən danışdı.
Orxan Abdulkərimlidən sonra çıxış edən Əmrah Rəhmanov ümumilikdə TEC-in və onun layihələrinin əhəmiyyətini anlatmaq üçün hüquqşünas peşəsinin əhəmiyyətindən, hüquqi analitik düşüncəni inkişaf etdirmənin vacibliyindən, bir hüquq tələbəsi kimi hər kəsin həmişə əlindən gələnin ən yaxşısını etməyə çalışmalı olmasından danışıb. Daha sonra Əmrah Rəhmanov gələnlərə təşəkkür edib və Təqdimat bununla sona çatıb.
Tələbələrin göstərdikləri yüksək marağa görə minnətdarlığımızı bildirir və onları TEC-in növbəti layihələrində yaxından iştirak etməyə dəvət edirik.
Bunu paylaş:
- Click to share on Facebook (Yeni pəncərədə açılır)
- Twitter-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
- LinkedIn-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
- Reddit-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
- Pinterest-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
- Tumblr-da paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
- Google+ paylaşmaq üçün yıklayın (Yeni pəncərədə açılır)
- E-poçt ilə dostunuza göndərmək üçün tıklayın (Yeni pəncərədə açılır)
- Çap etmək üçün tıklayın (Yeni pəncərədə açılır)