2014-2015 tədris ili İdarə Heyəti

Sədr: Orxan Abdulkərimli
English-1 qrupu, 4-cü kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Baş Redaktoru, Hüquq Müzakirə Forumunun Prezidenti, Topçubaşov Məhkəmə Müsabiqəsinin Baş Kordinatoru, Hüquqi Araşdırma Yardımçısı Layihəsinin Prezidenti

2011-ci ildə Quba Özəl Türk Liseyindən məzun olub. Həmin il 597 balla BDU Hüquq fakültəsinə qəbul olaraq ilk İngilis qrupunda təhsil alıb. Maraqlandığı hüquq sahələri: Vergi hüququ, Korporativ hüquq, Hüquq fəlsəfəsi və nəzəriyyəsi, Anqlo-amerikan və beynəlxalq presedent hüququ. Hüquq Müzakirə Forumu, BDU Tələbə Hüquq Jurnalı, Topçubaşov Məhkəmə Müsabiqəsi və Hüquqi Araşdırma Yardımçısı Layihəsinin idea müəllifi olmaqla ilk dəfə həyata keçirilən bu layihələrə dair təcrübənin əsasının qoyulmasında əsas rol oynamışdır. Orxana görə TEC’in fəaliyyətində ən yüksək qiymətlərə sahib yox, analitik, fərqli, yaradıcı düşünən və məsuliyyətli, dəqiq xarakterə malik olan tələbə yer almalıdır və dünya təcrübəsində ən uğurlu idarəetmə növü olaraq TEC hər zaman konservativ mövqe nümayiş etdirməlidir. Həyata keçirilən bu layihələr dünya hüquq təhsilinin flaqmanı, ABŞ təcrübəsində keçən əsrin əvvəllərindən bu günə kimi peşəkar səviyyədə ənənə halını almış akademik cərəyanın nüvəsini təşkil edir. Ən yüksək reytinqli hüquq məktəblərinə müraciət edən Azərbaycan tələbəsinin seçim prosesində önə çəkilməsi üçün hesablanmış bu 4 layihə yalnız TEC’in peşəkarlığı əsasında həyata keçirilir, çünki Azərbaycan hüquq təhsilinin bazası olan BDU Hüquq fakültəsinin ən yüksək hüquq düşüncəsinə və yaradıcılıq qabiliyyətinə malik tələbələri TEC’nin bir parçası olmaq üçün il boyu çətin seçim prosesi keçir və yalnız fərqlənə bilənlər meritokrasiya əsasında qəbul olunur. Ölkədə ən ciddi intizama malik tələbə təşkilatı olaraq TEC Davranış Kodeksi tələbəni peşəkar, stresli, məsuliyyətli iş həyatına hazırayır.

Sədr müavinləri:
Günel Abdullayeva
SABAH qrupu, 2-ci kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Redaktoru

2013-cü ildə Bakı şəhəri Nəsimi rayonu 240 saylı tam orta məktəbi qızıl medalla bitirmiş və həmin ildə 695 balla Bakı Dövlət Universiteti Hüquq fakültəsinə prezident təqaüdçüsü olaraq daxil olmuşdur. Hal-hazırda həmin fakültənin SABAH qrupunun 2-ci kurs tələbəsidir. Daha çox marağında olduğu hüquq sahələri konstitusiya hüququ,  mülki hüquq və hüquq nəzəriyyəsidir. O düşünür ki, TEC-in təşkil etdiyi bütün layihələr hüquq tələbəsi üçün onun ilk baxışda təsəvvür edə bilməyəcəyi qədər faydalıdır. Bunu tələbə həmin layihələrdə iştirak edərkən tədricən görür. Belə ki, tələbə ilk əvvəl səbir və təmkinlə düşünməyi öyrənir. Günelə görə, layihələrin əhəmiyyətini belə səciyyələndirmək olar: TEC-in ilk layihəsi olan Hüquq Müzakirə forumu sayəsində tələbə fikir söyləməkdən qorxmamağa və yaradıcı olmağa çalışmağa vərdiş edir. Hüquq jurnalı vasitəsilə isə tələbə özünün nəyə qadir olduğunun fərqinə varır və öz potensialını ortaya çıxarma imkanı tapır. Bu yolda Legal Research Assistant layihəsi də tələbənin inkişafı istiqamətindədir. Belə ki,  fərqlilik və yenilikləri aşkarlamaq istəyi ilə həm tələbənin düşünmə dairəsi böyüyür, həm də çalışma əzmi formalaşır. Günel TEC daxilində özü üçün umduğundan qat-qat artıq töhfə götürdüyünü və adı beynəlxalq səviyyədə belə yüksək dərəcə ilə dəyərləndirilən bir təşkilata üzv olmaqdan hədsiz qürur duyduğunu bildirir. TEC ilə bağlı ən böyük arzusu ən azından faydalandığı qədər onun  daha da irəliləməsinə töhfə verə bilməsidir.

Ləman Alıyeva
1416-cı qrup, 3-cü kurs

2012-ci ildə Gəncə şəhəri V. Әliyev adına 12 saylı orta məktəbi bitirən Ləman Alıyeva elə həmin il 655 balla BDU hüquq fakültəsinə daxil olmuşdur. Hal-hazırda Azərbaycan bölməsi, əyani şöbə, 3-cü kurs, 1416 qrupunda təhsil alır. Әsasən maraqlandığı hüquq sahələri konstitusiya, beynəlxalq hüquq sahələridir. BDU Hüquq TEC-in əksər Hüquq Müzakirə Forumlarında iştirak etmişdir, hansı ki həmin müzakirə forumlarının onun hüquqi fikirləşmə bacarığını daha da inkişaf etdirməsi qənaətindədir. BDU Hüquq TEC öz fəaliyyətinda dünyanın nüfuzlu hüquq məktəblərinin təcrübəsinə əsaslanır ki, bu da tezliklə Azərbaycan hüquq təhsilinin dünya hüquq təhsilinə inteqrasiyasını, daha yaxından əlaqələr qurulmasına səbəb olacaqdır. Ümumiyyətlə, 2014-2015-ci ildəki tempi ilə inkişaf edərsə, BDU Hüquq TEC hüquq təhsili və tələbə sferasından çıxaraq ölkəmizdəki hüquq mədəniyyətin və hüquq düşüncəsinin inkişafı sahəsində də böyük nailiyyətlərə imza atacaqdır.

Mehran Əmirli
SABAH qrupu, 2-ci kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Redaksiya Heyəti Sədri

2013-cü ildə Bakı şəhər 159 saylı orta məktəbi bitirən Mehran Əmirli həmin il 666 balla BDU Hüquq fakültəsinə qəbul olub. Hal-hazırda SABAH qrupunda təhsil alır. Hüquq fəlsəfəsi, mülki hüquq sahələrinə marağı daha çoxdur. BDU Tələbə Hüquq Jurnalının ilk buraxılışının ərsəyə gəlməsində əsas məsul şəxslərdən biridir. Mehrana görə hüquq tələbəsinin öyrəndiyi sonradan həmin ölkənin hüququna çevrildiyyindən hüquq tələbələri tədris prosesində öyrəndiyi nəzəri bilikləri tətbiq etməklə hüquq elmini ən yaxşı şəkildə mənimsəməlidir. Bunu həyata keçirmək üçün TEC fakültədə tək ideal şansdır. Çünki TEC-in layihələri dünyanın qabaqcıl hüquq məktəblərinin təcrübəsinə əsaslanır və bu layihələr hüquq tələbəsinə ən çox lazım olan həm hüquqi yazı, həm hüquqi nitq, həm hüquqi araşdırma, həm də hüquqi müdafiə kimi bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün ən yaxşı sferadır.

Vaqif Nəsirov
SABAH qrupu, 2-ci kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Redatoru, Hüquq Müzakirə Forumu Baş Müşaviri

2013-cü ildə Bakı şəhər 307 saylı orta məktəbi bitirən Vaqif Nəsirov həmin il 664 balla BDU Hüquq fakültəsinə qəbul olub. Hal-hazırda SABAH qrupunda təhsil alır. Hüquq fəlsəfəsi, mülki və beynəlxalq hüquq sahələrinə marağı daha çoxdur. BDU Tələbə Hüquq Jurnalının ilk buraxılışının ərsəyə gəlməsində yaxından iştirak etmiş şəxslərdən biridir. Vaqifə görə hər bir tələbə ali təsil alır, lakin hüquq tələbəsi düşdüyü mühit, yiyələndiyi biliklər baxımından digər tələbələrdən fərqlənir və bu fərqlilik təkcə digər tələbələr arasında yox həm də Hüquq fakültəsinin öz tələbələri arasında da mövcuddur. Və bu müsbət fərqlilikləri həyata keçirmək üçün TEC fakültədə tək ideal şansdır. Çünki TEC-in layihələri dünyanın qabaqcıl hüquq məktəblərinin təcrübəsinə əsaslanır və bu layihələr hüquq tələbəsinə ən çox lazım olan həm hüquqi yazı, həm hüquqi nitq, həm hüquqi araşdırma, həm də hüquqi müdafiə kimi bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün ən yaxşı arenadır.

Üzvlər:
Gülnar Atakişiyeva
SABAH qrupu, 2-ci kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Redaktoru

2013-cü ildə Abşeron rayon 1 saylı orta məktəbdən məzun olub. Həmin il BDU Hüquq fakultəsinə 657 balla qəbul olub. Hal-hazırda SABAH qrupunda tehsil alır. Maraq dairəsi olan hüquq sahələri əsasən mülki hüquq sahələridir. BDU Tələbə Hüquq Jurnalının ilk buraxılışının redaktoru ve məqalə müəllifidir. TEC-in təşkil etdiyi Hüquq Müzakire Forumlarının tələbəni monoton tədris prosesindən çıxarıb interaktiv şəkildə hüququn müxtəlif sahələrinə olan marağını artırdığını ve derk etmə prosesini sürətləndirdiyini düşünür. TEC -in gələcəkdə təkcə BDU sferasında deyil, Azərbaycan hüquq təhsili sferasında da böyük payı olacağını düşünür ve belə böyük gələcək vəd edən təşkilatın işlərinin bir parçası olmaq, onlarda iştirak etmək əsas istəyi və düşüncesidir.

Məhəmməd Əsgərov
SABAH qrupu, 2-ci kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Məsul Katibi

2013-cü ildə Bakı şəhəri Suraxanı rayonu 316 saylı məktəbi qızıl medalla bitirib 676 balla BDU Hüquq fakültəsinə qəbul olmuşdur.Hal-hazırda SABAH qrupu 2-ci kurs tələbəsidir. Beynəlxalq hüquq və mülki hüquq sahələrinə marağı daha çoxdur.Məhəmmədin fikrinə görə hüquq düşüncəsini formalaşdırmaq, hər bir hüquq tələbəsinə lazım olan keyfiyyətlərə məhz universitet illərində yiyələnmək üçün TEC böyük bir şansdır. Onun layihələrində yaxından iştirak etmək özü əsl praktika sayıla bilər.

Şükriyyə Tağızadə
English-4 qrupu, 1-ci kurs

Nərgiz Yusifova
1430-cu qrup, 2-ci kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Redaktoru

2013-cü ildə Mingəçevir şəhər 3 saylı orta məktəbin məzunu olub.Həmin ildə 682 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Hal hazırda azərbaycan bölməsi 1430-cu qrupda təhsil alır. Konstitusiya hüququ,cinayət hüququ və mülki hüquq sahələrinə marağı böyükdür. BDU TEC nüfuzlu hüquq məktəblərinin təcrübəsinə əsaslanan layihələr həyata keçirir. Bu cəmiyyətin fəaliyyətində və layihələrində istirak edərək hüquqi biliklərimizi, bacarıqlarımızı müsbət istiqamətdə formalaşdırmaq və artırmaq mümkündür ki, bu da istənilən hüquq tələbəsi üçün əldən verilməyəcək fürsətdir.

İlham Zülfüqarlı
1418A qrupu, 3-cü kurs; BDU Tələbə Hüquq Jurnalı 1-ci buraxılışının Redaktoru, Hüquqi Araşdırma Yardımçısı Layihəsi (HAYL) Baş icraçısı

2012-ci ildə Bakı Özəl Türk Liseyindən məzun olub. Həmin il 627 balla BDU Hüquq fakültəsinə qəbul olub. Hal-hazırda 1418A qrupunda təhsil alır. Mülki və İnzibati hüquq sahəsi maraqlandığı əsas sahələrdir. İlhama görə TEC hüquqi biliklərin daha yaxşı mənimsənilməsinə, tələbənin öz idarəçilik qabiliyyətini inkişaf etdirməsinə, müxtəlif elmi ideya-layihələrin reallaşmasına və sağlam rəqabətin aparılmasına şərait yaradan bir təşkilatdır. Hüququ biliklərə dərindən sahib olmaq istəyən hər bir hüquq tələbəsi üçün TEC əldən verilməz bir fürsətdir.

Bir cavab yazın